Bank Of Baku

Məktəb direktorları və direktor müavinlərinin İKT üzrə bilikləri yoxlanılacaq

Məktəb direktorları və direktor müavinlərinin İKT üzrə bilikləri yoxlanılacaq
# 15 yanvar 2009 10:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Təhsil Nazirliyi bu il ərzində Azərbaycanın iri şəhərlərində direktor və direktor müavinlərinin informasiya kommunikasiya texnologiyaları (İKT) üzrə mövcud bacarıqlarını yoxlayacaq. Bu barədə APA-ya Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov məlumat verib. Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində Gəncə şəhərində bu prosesə start veriləcək. S. Məmmədov bildirib ki, yoxlamalarda uğurlu nəticə əldə etməyən direktor və direktor müavinlərinə qarşı hansı tədbirlərin görüləcəyi nazirliyin aparacağı araşdırmalardan sonra bəlli olacaq. Araşdırmaların yekunu nazirliyin xüsusi kollegiya iclasında müzakirə ediləcək. İdarə rəisi əlavə edib ki, nazirliyin ötən ilin fevralında təsdiqlədiyi “Təhsil sistemində kadrların bilik və bacarıqlarına qoyulan tələblər” gələcəkdə sərtləşdirilə bilər.

Qeyd edək ki, “Təhsil sistemində kadrların bilik və bacarıqlarına qoyulan tələblər”ə əsasən təhsil işçilərinin, xüsusilə də məktəb direktoru olmaq istəyənlərin İKT üzrə operator səviyyəsində biliyi və bunu təsdiqləyən sertifikat olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR