Bank Of Baku

Təhsil və Səhiyyə nazirlikləri “Təhsil haqqında” qanun layihəsi ilə bağlı bəzi təkliflər verib

Təhsil və Səhiyyə nazirlikləri “Təhsil haqqında” qanun layihəsi ilə bağlı bəzi təkliflər verib
# 15 yanvar 2009 11:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Təhsil haqqında” qanun layihəsi üçüncün oxunuşa hazırlanır. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. Komissiya sədri deyib ki, sənəd üçüncü oxunuşda parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılacaq. Onun sözlərinə görə, qanun layihəsi ilə bağlı komissiyaya Təhsil və Səhiyyə nazirliklərindən təkliflər daxil olub: “Bundan başqa, deputatların da ikinci oxunuş zamanı səsləndiyi təkliflər üzərində iş gedir”.

Ş. Hacıyev “Təhsil haqqında” qanun layihəsi ilə yanaşı, paralel olaraq “Ali təhsil haqqında” və “Elm siyasəti haqqında” qanun layihələri üzərində də iş aparıldığını deyib: “Hesab edirik ki, bu qanun layihələrini də yaz sessiyasının sonuna qədər müzakirəyə çıxara biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR