Bank Of Baku

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nı təsdiqləyib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nı təsdiqləyib
# 15 yanvar 2009 12:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Azərbaycanın baş naziri Artur Rasizadə “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nı təsdiqləyib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, bu konsepsiya Azərbaycanın Təhsil Sahəsində İslahat Proqramı və ölkə hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında bağlanmış kredit sazişi çərçivəsində həyata keçirilən Təhsil Sektorunun İnkişaf Layihəsinə uyğun hazırlanıb. Konsepsiya ölkədə yaxın illər ərzində təhsildə qiymətləndirmə məsələləri ilə bağlı tədbirləri idarə etmək üçün nəzərdə tutulub. Sənədin əsas məzmunu qiymətləndirmə fəaliyyətinin qanuniliyini təmin edən prinsiplərin müəyyənləşdirilməsinə, bu fəaliyyətin aparıcı istiqamətlərinin təyin edilməsinə, qiymətləndirmə tədbirlərini həyata keçirən qurumların sosial statusunun gücləndirilməsinə, qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsinə yönəldilib. Bu sənəd çərçivə sənədi kimi yeni qiymətləndirmə sisteminin prinsipləri üçün baza rolunu oynayır.
Sənəddə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmənin əsas prinsipləri, fəaliyyət sahələri şərh edilir. Konsepsiyada qiymətləndirmə növlərinin hər birinin etibarlılığını və effektivliyini təmin etmək üçün dəqiq qaydalar və əsasnamələr formasında əlavə sənədlərin hazırlanması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR