Bank Of Baku

Sabah magistraturaya MBA və TEMPUS proqramları üzrə sənəd qəbulu başa çatacaq

Sabah magistraturaya MBA və TEMPUS proqramları üzrə sənəd qəbulu başa çatacaq
# 15 yanvar 2009 15:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yanvarın 7-də ali məktəblərin magistraturasına MBA və TEMPUS beynəlxalq proqramları üzrə elan etdiyi sənəd qəbulu sabah yekunlaşacaq. Komissiyadan APA-ya verilən məlumata görə, bakalavrlar internet vasitəsilə "Bakalavrın elektron ərizəsi" formasını doldurur, daha sonra TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasına tələb olunan sənədləri təqdim edərək ərizə formasını təsdiq etdirirlər. İndiyədək 790 bakalavr “elektron ərizə” doldurub, onlardan 603 nəfəri ərizələrini təsdiqlətdirib. Ərizələrin təsdiqi sabah saat 16.00-dək aparılacaq. Həmin müddətə qədər “elektron ərizə”lərini təsdiq etdirməyən bakalavrlar müsabiqədə iştirak edə bilməyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR