Bank Of Baku

Tovuzda evlərdəki köhnə qaz sobaları və standartlara uyğun olmayan qızdırıcılar yığışdırılır

Tovuzda evlərdəki köhnə qaz sobaları və standartlara uyğun olmayan qızdırıcılar yığışdırılır
# 16 yanvar 2009 08:34 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı- APA. “Tovuzda evlərdəki köhnə qaz sobaları və standartlara uyğun olmayan qaz qızdırıcıları yığışdırılır”. Bu barədə APA-nın qərb bürosuna açıqlamasında Tovuz rayon Qaz İstismarı İdarəsinin rəisi Hüsamməddin Mirzəyev bildirib. H. Mirzəyev deyib ki, “qaz təhlükəsizliyi ayı” çərçivəsində həyata keçirilən yoxlamalar zamanı rayonda 12 kustar və İran istehsalı olan qaz sobaları aşkarlanaraq sökülüb: “Tovuz rayon Qaz İdarəsinin əməkdaşlarının abonentlərin evlərində keçirdiyi reydlər zamanı müəyyən edilən yarasız sobaların uyğunluq sertifikatının olmaması aşkarlanıb”.
Qeyd edək ki, Tovuzda aparılan yoxlamalar zamanı abonentlərin evində cihazların düzgün quraşdırılmadığı müəyyən edilib. Sakinlərin əksəriyyəti təhlükəsizlik tələblərinə cavab verməyən, cihazların quraşdırılmasında rezin borulardan istifadə edib. Reyd zamanı Tovuz rayon Qaz İstismar İdarəsi tərəfindən 22 abonentin qazı kəsilib, 6 nəfər abonent isə cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR