Bank Of Baku

Kiyevdə 20 Yanvar faciəsinin ildönümü qeyd olunacaq

Kiyevdə 20 Yanvar faciəsinin ildönümü qeyd olunacaq
# 16 yanvar 2009 09:53 (UTC +04:00)
Bakı-APA. Yanvarın 19-da Kiyev şəhərində Səməd Vurğun adına kitabxanada 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunan mərasim keçiriləcək. Bu barədə APA-ya
Türkdilli Dövlətlərin Siyasətinə dəstək Fondundan bildirilib. Məlumata görə, tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Konqresinin, Azərbaycan Ukrayna Dostluq və Xeyriyyə Fondunun, ukraynalı deputatların, hökumət və dövlət rəsmiləri, o cümlədən diaspora və media nümayəndələri iştirak edəcək. Mərasimdə
həmçinin Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində çapdan çıxmış “Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi” kitabı da Ukrayna ictimaiyyətinə təqdim olunacaq.
Qeyd olunub ki, tarixi faktlarla zəngin olan kitab Ukraynanın kitabxanalarına və ali təhsil ocaqlarının oxu zallarına paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR