Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “20 Yanvar” şəhid və əlil ailələrinə maddi yardım göstərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “20 Yanvar” şəhid və əlil ailələrinə maddi yardım göstərib
# 16 yanvar 2009 11:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi (ƏSMBİ) bu gün “20 Yanvar” faciəsinin 19-cu ildönümü ilə əlaqədar bu hadisələr zamanı aldığı xəsarətdən şəhid və əlil olmuş ailələrə maddi yardım göstərib. APA-nın məlumatına görə, ƏSMBİ-nin rəisi İbrahim Heydərov bildirib ki, bu məqsədlə 23500 manat vəsait yarılıb. Ailələrin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.
İdarə rəisinin sözlərinə görə, 20 “Yanvar” hadisələrinin birinci qrup əlillərinə 75, ikinci qrup əlillərinə 60, üçüncü qrup əlillərinə 55 manat məbləğində sosial müavinət ödənilir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə 140 nəfər “20 Yanvar” şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə ayda 300 manat məbləğində Prezident təqaüdü təyin edilib. ƏƏSMN tərəfindən 30 nəfər şahid ailəsi və “20 Yanvar” əlilli mənzillə, 21 nəfər isə “OKA” markalı maşınla təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR