Bank Of Baku

Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb
# 16 yanvar 2009 11:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayının I ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Çayın Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 1,1 dəfə, mis birləşmələri 4 dəfə, Ağstafaçayda fenollar 2 dəfə, mis birləşmələri 3 dəfə, Ağstafaçay Su Anbarında isə fenollar 1,4 dəfə, mis birləşmələri 3 dəfə YVQH-i keçib. Biogen maddələrdən ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının “Şıxlı-2” məntəqəsində 1,5 dəfə, Ağstafaçayın Qazax məntəqəsində 1,9 dəfə, Ağstafaçay Su Anbarında isə 2 dəfə YVQH-i ötüb. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri çayın Horadiz məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə 2 dəfə YVQH-i keçib.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının I Şahsevən məntəqəsində 1,2 dəfə YVQH-i ötüb. Buna səbəb Ermənistan ərazisindən axıdılan çirkab sulardır. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,98-9,32 mq/l arasında dəyişərək sanitar norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR