Bank Of Baku

Avropa Şurasının Təhsil, Mədəniyyət, İrs, Gənclər və İdman məsələləri üzrə Baş Direktorluğunda ekspert vəzifəsi üzrə müsabiqə elan edilib

Avropa Şurasının Təhsil, Mədəniyyət, İrs, Gənclər və İdman məsələləri üzrə Baş Direktorluğunda ekspert vəzifəsi üzrə müsabiqə elan edilib
# 16 yanvar 2009 12:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Avropa Şurasının Təhsil, Mədəniyyət, İrs, Gənclər və İdman məsələləri üzrə Baş Direktorluğunda ayrı-seçkiliyə qarşı mübarizə kampaniyası çərçivəsində ekspert vəzifəsi vakant elan edilib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu vakant vəzifəyə namizədlər seçilərkən bır sıra tələblərə cavab verən şəxslərə üstünlük veriləcək. Bu tələblərə görə, namizədin ali təhsili, müvafiq sahə üzrə ən azı, 4 illik iş təcrübəsi, mətbuat sahəsində iş təcrübəsi, beynəlxalq siyasi, iqtisadi, sosial və mədəni proseslər haqqında dərin məlumatı, kompüterlə (Outlook, Word, Excel, PowerPoint) işləmək bacarığı, kollektivdə işləmək və insanlarla ünsiyyət qurmaq bacarığı olmalı, media ilə iş üzrə müvafiq treninq və seminarlarda iştirak etməli, ingilis və ya fransız dillərindən birini mükəmməl, digərini isə yaxşı bilməlidir.
Vakant vəzifəyə namizədin seçimi üç mərhələ əsasında aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR