Bank Of Baku

Sanitariya norma və qaydalarına əməl etməyən sahibkarların lisenziyası geri alınacaq

Sanitariya norma və qaydalarına əməl etməyən sahibkarların lisenziyası geri alınacaq
# 16 yanvar 2009 12:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Səhiyyə Nazirliyi “Çörək və çörək məhsulları, qənnadı məmulatlarının istehsalı müəssisələri üçün sanitariya norma və qaydaları”, “Taxıl saxlama anbarları və un dəyirmanları üçün sanitariya norma və qaydaları”, “Makaron sənayesi müəssisələri üçün sanitariya norma və qaydaları” hazırlayaraq təsdiqləmək üçün hökumətə təqdim edib. Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov APA-ya bildirib ki, bu norma və qaydalar Azərbaycan müstəqil əldə etdikdən sonra ilk dəfə hazırlanılıb. İndiyədək tətbiq edilən norma və qaydalar isə SSRİ dövründən qalıb. Yeni qaydaların hazırlanmasında məqsəd sadalanan sahələr üzrə vəziyyəti normallaşdırmaqdır.

V. Qasımov deyib ki, artıq müasir texnologiyaların tətbiqi bu normaların hazırlanması zərurətini yaradıb. Şöbə müdirinin sözlərinə görə, norma və qaydalar bu il ərzində təsdiqlənəcək. Yeni dəyişikliklər barədə sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdırlar. Bu normalara əməl etməyən sahibkarların isə lisenziyası geri alına bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR