Bank Of Baku

Sumqayıt Təhsil Şöbəsində gənclərlə görüş keçirilib

Sumqayıt Təhsil Şöbəsində gənclərlə görüş keçirilib
# 16 yanvar 2009 13:16 (UTC +04:00)
Bakı-APA. Sumqayıt şəhər Təhsil Şöbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Sumqayıtda fəaliyyət göstərən müxtəlif gənclər təşkilatlarının nümayəndələri və ali məktəblərin sonuncu kurs tələbələri ilə görüş keçiriblər. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə təşkil olunan görüşdə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli və Hüquq sektorunun müdiri Vüqar Əsgərov iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna qəbulla bağlı keçirdiyi müsabiqə və müsahibələrdə gənclərə geniş imkanların yaradıldığı bildirilib. Həmçinin qeyd olunub ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin dörd əməkdaşının da məhz müsabiqə nəticəsində dövlət qulluğuna qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR