Bank Of Baku

QAT sədrinin müəllifi olduğu “Qarabağ müharibəsi” kitabının təqdimatı keçirilib

QAT sədrinin müəllifi olduğu “Qarabağ müharibəsi” kitabının təqdimatı keçirilib
# 16 yanvar 2009 14:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının müəllifi olduğu “Qarabağ müharibəsi (qısa tarix)” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, A. Nağı bildirib ki, Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsi apardığı bir dövrdə bu cür kitabların yazılması əhəmiyyətlidir. Kitabda Dağlıq Qarabağ münaqişəsinin kökləri, müharibənin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlər öz əksini tapıb. Nəşrdə ermənilərin ərazi iddiaları, münaqişənin həlli istiqamətində aparılan danışıqları barəsində də məlumat verilib. Tədbirdə kitabın rus və ingilis dillərinə tərcümə edilməsinin nəzərdə tutulduğu da qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR