Bank Of Baku

Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsini qəbul edib

Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsini qəbul edib
# 17 yanvar 2009 12:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Ombudsman Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Teymur Məlikaslanovu qəbul edib. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, görüşdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyi çərçivəsində ölkənin bir sıra regionlarını əhatə etməklə birgə maarifləndirmə tədbirlərinin həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, müvəkkilin təşəbbüsü və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə bir sıra hüquqi vəsait ingilis dilindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. E. Süleymanova “Uşaq ili” elan edilən 2009-cu ildə uşaq hüquqlarının daha səmərəli müdafiəsi istiqamətində mühüm tədbirlərin həyata keçiriləcəyini deyib.

T. Məlikaslanov Ombudsman Aparatı ilə yaradılan səmərəli əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR