Bank Of Baku

Şirvanda əhali arasında təbi qazla bağlı həyəcan yaşanıb

Şirvanda əhali arasında təbi qazla bağlı həyəcan yaşanıb
# 19 yanvar 2009 07:16 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Ötən gecə saat 23.45 radələrində Şirvan şəhərində əhali arasında təbii qazla bağlı həyəcan yaşanıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhərdə əhaliyə verilən təbii qazdan kəskin boğucu iy gəldiyindən sakinlər evlərdən küçəyə çıxıblar. Təşviş içində olan sakinlərin sözlərinə görə, onların tənəffüs yollarında birdən-birə qıcıqlanma, baş gicəllənmə, ürəkbulanma kimi hallar baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin şəhər şöbəsinə və Qaz İstismarı İdarəsinə xəbər verilib. Adları çəkilən qurumların əməkdaşları dərhal araşdırmalara başlayıblar. Şirvan şəhər Qaz İstismarı İdarəsinin növbətçi hissəsindən APA-ya bildirilib ki, təbii qazın emalı zamanı onun tərkibinə, iysiz metan qazının sızma hallarını aşkar etmək üçün vurulan “odarant” maddəsi normadan artıq olub. Qeyd olunub ki, yaxın saatlarda baş vermiş hal aradan qaldırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR