Bank Of Baku

Gürcüstanda 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilib

Gürcüstanda 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilib
# 19 yanvar 2009 07:51 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA Dünən Gürcüstanın Marneuli rayonunda 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbir Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Mərkəzin rəhbəri Fazil Həsənov, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva, millət vəkili Həvva Məmmədova, Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Şövqi Mehdizadə, Gürcüstanın dövlət nazirinin reinteqrasiya məsələləri üzrə müşaviri Savalan Mirzəyev iştirak ediblər. Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki rolundan, həmin hadisələr zamanı şəhid olan şəxslərin qəhrəmanlığından danışıblar.
Tədbirdə həmçinin millət vəkili Q. Paşayevanın Marneulidə yaşayan azərbaycanlılar üçün gətirdiyi əlil arabaları və qulaqcıqlar paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR