Bank Of Baku

Borçalıda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan məscid fevralda istifadəyə veriləcək

Borçalıda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan məscid fevralda istifadəyə veriləcək
# 19 yanvar 2009 08:03 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə -APA. Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova Gürcüstanın Borçalı bölgəsinin Gorarxı kəndində olublar. APA-nın yerli bürosunun xəbərinə görə, millət vəkilləri kənddə Heydər Əliyev Fondu tərəfindən bərpa olunan, bünövrəsi 1590-cı ildən qoyulmuş kənd məscidinə baş çəkiblər. Məscidin minarəsi artıq bərpa olunub, hazırda məscidə yeni tikililər əlavə edilir, divarlara Azərbaycandan gətirilmiş ağ daşdan üzlük çəkilir.
Q. Paşayeva APA-nın əməkdaşına bildirib ki, son illər Heydər Əliyev Fondunun köməyi, Fondun prezidenti, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə Gürcüstanda yaşayan azərbaycanlılara çox böyük diqqət yetirilir, soydaşlarımızın milli mədəniyyətinin qorunması, təhsillə, müxtəlif sosial məsələlərlə bağlı layihələrə çox ciddi şəkildə dəstək verilir. Məscidin fevral ayının axırlarında istifadəyə veriləcəyi gözlənilir.
Azərbaycanın millət vəkilləri Gorarxı kəndindəki 2 saylı orta məktəbə də baş çəkiblər. Q. Paşayeva məktəbin ağır vəziyyətdə olduğunu, bununla bağlı Gürcüstan Təhsil Nazirliyinə, Kvemo-Kartli bölgə qubernatoruna məlumat verəcəyini deyib.
Q. Paşayeva onu da deyib ki, yaxın günlərdə H. Əliyev Fondunun dəstəyi ilə bölgədə daha bir xeyriyyə tədbiri həyata keçiriləcək. Onun sözlərinə görə, bu ayın sonunda bu kəndə içməli su kəmərinin çəkilməsinə başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR