Bank Of Baku

ARDNŞ Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrə təqaüd ayırıb

ARDNŞ Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrə təqaüd ayırıb
# 19 yanvar 2009 08:14 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın Marneuli şəhərində Tiflis Universitetlərinə testlə qəbul olmuş azərbaycanlı tələbələrlə görüş keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, görüşdə Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayevaya iştirak edib. Tədbirdə çıxış edən Q. Paşayeva bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi ilə Tiflisdə universitetlərə test imtahanları ilə qəbul olunan 55 tələbəyə təqaüd veriləcək.
Həmin gün “SOCAR-Georgia” Neft Şirkətinin Kvemo-Kartli bölğəsinin nümayəndəsi Arif Məmmədov və millət vəkili Qənirə Paşayeva 47 tələbəyə 100 lari məbləğində ayrılan təqaüdləri təqdim ediblər.
Görüşdə həmçinin Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə yaradılan “Sarvan” rəqs qrupuna müxtəlif çalğı alətləri də hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR