Bank Of Baku

“Azərbaycan və Almaniya arasındakı akademik mübadilə: hazırkı vəziyyət və perspektivləri” mövzusunda konfrans keçirilib

“Azərbaycan və Almaniya arasındakı akademik mübadilə: hazırkı vəziyyət və perspektivləri” mövzusunda konfrans keçirilib
# 19 yanvar 2009 09:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Almaniyanın Konrad Adenauer Fondunun Akademiyasında “Azərbaycan və Almaniya arasındakı akademik mübadilə: hazırkı vəziyyət və perspektivləri” mövzusunda konfrans keçirilib. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da iştitirak edib. M. Mərdanov təhsil islahatları, xaricdə təhsillə bağlı ölkə prezidenti tərəfindən qəbul olunmuş Dövlət Proqramı, beynəlxalq mübadilə proqramları ilə əməkdaşlıq, xaricdə təhsil alan tələbələrin təqaüd və digər problemləri, onların vətənə qayıtdıqdan sonra işlə təmin olunmaları barədə çıxış edib. A. Rəhimov isə Azərbaycanda gənclər üçün yaradılan şərait, onların beynəlxalq miqyasda fəaliyyəti, beynəlxalq təşkilatların yaradılmasının təşəbbüskarları olan Azərbaycanlı gənclərin fəal şəkildə bu təşkilatlarda təmsil olunmaları barədə söz açıb.
Konfransda “Avropa qonşuluq siyasəti və Azərbaycan”, “Azərbaycan Avropa Asiya arasındakı körpü rolunda”, “Cənubi Qafqazda münaqişələrin həll olunmasında Avropa Birliyinin rolu” mövzularında da müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR