Bank Of Baku

Yaxın vaxtlarda Quba məzarlığında muzeyin yaradılması işlərinə başlanılacaq

Yaxın vaxtlarda Quba məzarlığında muzeyin yaradılması işlərinə başlanılacaq
# 19 yanvar 2009 09:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Nazirlər Kabineti (NK) yaxın vaxtlarda Quba məzarlığında muzeyin yaradılması işlərinə başlanılması barədə qərar verəcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bildirib. Onun sözlərinə görə, NK Quba məzarlığında muzey yaratmaq layihəsi ilə bağlı təkliflər verilməsi üçün instituta müraciət edib. Muzeyin yaradılması ilə bağlı təklifləri artıq NK-ya göndərdiklərini deyən N. Müseyibov bu təkliflərin qərarda nəzərə alınmasının vacibliyini vurğulayıb: “Biz Quba məzarlığında muzeyin yaradılması ilə bağlı Nazirlər Kabinetinə dörd təklif təqdim etmişik. Birincisi, Quba məzarlığı əsasında ermənilərin törətdiyi soyqırımının tarixini əks etdirən internet səhifəsi yaradılmalı, ikincisi, xatirə kompleksinin yaradılması işində Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı təmin edilməli, üçüncüsü, Quba məzarlığının materialları əsasında soyqırımı tarixinə aid sənədli film istehsal olunmalı, dördüncüsü, Quba məzarlığındakı sümüklərin çürüməsinin, ovulub dağılmasının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməlidir”.

N. Müseyibli bildirib ki, xüsusən sonuncu təklif təcili yerinə yetirilməlidir. Çünki Quba məzarlığındakı sümüklər atmosfer təsiri ilə çürüyür: “Bunun qarşısı mütləq alınmalıdır. Xüsusi maddələr var ki, sümüklərin çürüməsinin qarşısını alır. Bu maddələrdən istifadə etmək lazımdır”.

Xatırladaq ki, Quba məzarlığı yeni tapılanda institut məzarlığın qorunması ilə bağlı 13 təklif irəli sürüb. Bu təkliflərdən bir çoxu artıq icra olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR