Bank Of Baku

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il layihələr üçün 2 milyon manat vəsait ayıracaq

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il layihələr üçün 2 milyon manat vəsait ayıracaq
# 19 yanvar 2009 09:58 (UTC +04:00)
Elbrus Seyfullayev - APA. Bu il Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qeyri-hökumət təşkilatlarının təqdim etdikləri layihələrin maliyyələşdirilməsinə ayırdığı vəsaitin məbləği 2 milyon manat təşkil edəcək. APA-nın məlumatına görə, bu barədə sözügedən şuranın katibliyinin bu gün keçirdiyi mətbuat konfransında məlumat verilib. Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, artıq yanvarın 15-dən elan olunan müsabiqəyə sənəd qəbulu başlanıb. Onun sözlərinə görə, bir ay müddətində müəyyən olunan istiqamətlər üzrə layihələrin qəbulu aparılacaq.

F. Qurbanov müəyyən olunan istiqamətlərin ictimai həyatın bütün sahələrini əhatə etdiyini deyib: “Layihələr qəbul edildikdən sonra bir neçə mərhələdə onların ekspertizası keçiriləcək. Müsabiqədə qalib gələn təşkilatlardan isə həyata keçirdikləri layihə ilə bağlı mütəmadi olaraq hesabatlar tələb olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR