Bank Of Baku

Azərbaycanda 54 min 192 miqrant var

Azərbaycanda 54 min 192 miqrant var
# 22 yanvar 2009 09:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Hazırda Azərbaycanda 54 min 192 miqrant yaşayır. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin İnsan haqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova bildirib. Komissiya sədri deyib ki, miqrantların hamısı Daxili İşlər Nazirliyində qeydiyyata alınıb, onlar bir aydan artıq yaşamaq hüququ olan insanlardır. Onun sözlərinə görə, miqtrantlardan 3786-sı daimi yaşayanlar, 1954-ü isə vətəndaşlığı olmayan şəxslərdir.
R. Aslanova qeyd edib ki, Azərbaycana miqrantlar əsasən Pakistan, Əfqanıstan, Çin, Koreya və başqa ölkələrdən gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR