Bank Of Baku

Xüsusi təhlükəli infeksiyalarla bağlı ABŞ və Azərbaycan mütəxəssislərinin növbəti görüşü Bakıda keçiriləcək

Xüsusi təhlükəli infeksiyalarla bağlı ABŞ və Azərbaycan mütəxəssislərinin növbəti görüşü Bakıda keçiriləcək
# 22 yanvar 2009 10:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DTRA) Bioloji Təhlükənin Azaldılması Proqramı (BTAP) çərçivəsində ABŞ və Azərbaycan mütəxəssislərinin növbəti görüşü Bakıda keçiriləcək. Respublika Taun Əleyhinə Stansiyadan APA-ya verilən məlumata görə, bununla bağlı yanvarın 12-dən 16-dək Vaşiqtonda “Müşahidə təlimatları üzrə seminarlar” adı altında keçirilən tədbirdə razılıq əldə olunub. Görüşdə Azərbaycanda BTAP üçün tətbiq edilə bilən müşahidə təlimatları üzrə razılığa gəlmək məqsədi ilə müzakirələr aparılacaq. Görüşün vaxtı hələ dəqiqləşməsə də, onun bu il ərzində keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR