Bank Of Baku

“Dövlət rüsumu haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub

“Dövlət rüsumu haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub
# 22 yanvar 2009 11:15 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisin İnsan haqları daimi komissiyasının iclasında “Dövlət rüsumu haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə olunub. APA-nın məlumatına görə, iclasda çıxış edən komissiya sədri Rəbiyyət Aslanova bildirib ki, qanuna təklif olunan əlavə və dəyişiklik əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti, yaxud daimi yaşamaq üçün icazələrin verilməsinə, icazələrin müddətinin uzadılmasına, xarici pasportların və onu əvəz edən sənədlərin qeydə alınmasına və ya qeydiyyat müddətinin uzadılmasına görə ödənən verginin artırılmasını nəzərdə tutur. Bu verginin məbləği 6 manat məbləğində müəyyən edilir. R. Aslanova həmçinin əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda itirilmiş müvəqqəti və daimi yaşayış üçün icazələrin yenidən verilməsinə görə də verginin 3 manat məbləğində təklif edildiyini deyib. Sənəd parlamentin müzakirəsinə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR