Bank Of Baku

Tiflis Dövlət Universitetinin fəaliyyəti dayandırılan Marneuli filialının məzunları etiraz aksiyası keçiriblər

Tiflis Dövlət Universitetinin fəaliyyəti dayandırılan Marneuli filialının məzunları etiraz aksiyası keçiriblər
# 22 yanvar 2009 12:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflis Dövlət Universitetinin (TDU) fəaliyyəti dayandırılan Marneuli filialının qarşısında ali məktəbin məzunlarının və onların valideynlərinin etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, hazırda fəaliyyət göstərməyən Marneuli filialını 2007-ci ildə bitirən şəxslər indiyədək diplom ala bilməmələrinə etirazlarını bildiriblər. Tələblər və valideynlər diplom üçün bütün lazımi xərcləri ödədiklərini deyiblər. Onlar universiteti bitirən 150 azərbaycanlı tələbəyə indiyədək diplom verilmədiyini bildiriblər. Aksiyaçıların sözlərinə görə, TDU-nun Marneuli filialını bitirib, indiyədək diplom ala bilməyənlərin ümumi sayı 560 nəfərdir. Aksiyada azərbaycanlılarla yanaşı, gürcülər də iştirak edib.
Marneuli filialının rektoru Omar Tabusadze APA-ya açıqlamasında bildirib ki, aksiya iştirakçılarının tələbi doğrudur. O. Tabusadze deyib ki, universiteti bitirən 200-dək tələbə indiyədək diplom almayıb və onlar buna görə, TDU-nun rektoru Georgi Xubuaya müraciət etməlidirlər: “Biz artıq filial kimi fəaliyyət göstərmirik”.
TDU-nun rektoru Gerorfi Xubuaya isə jurnalistlərə açıqlamasında deyib ki, universitetin Marneuli filialının fəaliyyətində cinayət tərkibi olduğu üçün bununla bağlı Gürcüstan Prokurorluğuna müraciət olunub, bununla bağlı cinayət işi açılıb. Rektorun sözlərinə görə, araşdırmalar bitəndən sonra məzunlara diplomlar veriləcək. O, məzunlara hazırda ali məktəbi bitirmələrinə dair sadəcə, arayışların verilməsini mümkün saydığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR