Bank Of Baku

Azərbaycanda 450 yeni məktəb tikiləcək

Azərbaycanda 450 yeni məktəb tikiləcək
# 22 yanvar 2009 14:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu il ərzində 100-dən çox yeni məktəb binasının inşası, 100-dən çox məktəbin əsaslı təmiri nəzərdə tutulur. Təhsil Nazirliyindən (TN) APA-ya verilən məlumata görə, əsas məqsəd çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçməkdir. Nazirlikdən bildirilib ki, ötən il 161 yeni məktəb binası istifadəyə verilib, 129 məktəb əsaslı təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. Ötən il TN tərəfindən 300-dək məktəb əsaslı təmir edilib.

Nazirlikdən o da qeyd olunub ki, məktəblərin infrastrukturunun yeniləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə 226 yeni məktəb tikilib, 39 məktəb, 10 uşaq bağçası əsaslı təmir olunub. Prezident tərəfindən təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” əsasında 2009-2012-ci illərdə 450 məktəb üçün yeni binanın inşası, 600 məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulub. Ümumilikdə son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR