Bank Of Baku

Cəlilabadın Uzuntəpə kəndində etiraz aksiyası keçirilib

Cəlilabadın Uzuntəpə kəndində etiraz aksiyası keçirilib
# 22 yanvar 2009 14:06 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev – APA. Bu gün səhər saatlarından Cəlilabad rayonunun Uzuntəpə kəndinə təbii qazın nəqli dayandırılıb. APA-nın cənub bürosunun məlumatına görə, bu yerli əhalinin narazılığına səbəb olub. Kənd sakinləri yaşayış məntəqəsinin mərkəzi küçələrindən birində toplaşaraq etirazlarını ifadə ediblər. Polis dinc şəraitdə keçən aksiyaya müdaxilə etməyib.
Cəlilabad rayon Qaz İstismarı İdarəsinin rəisi Böyükxan Əliyev bildirib ki, 6500 nəfər əhalisi olan Uzuntəpə rayonda yeganə kənddir ki, qazlaşdırılıb. Kənddə 1301 abonent var və onların hamısının evləri sayğaclaşdırılıb. Qazın verilişinin dayandırılmasına səbəb isə kənd sakinlərinin istifadə etdikləri yanacağın pulunu ödəməməsi olub. B. Əliyevin sözlərinə görə, 10 gün bundan öncə bildirişlər paylanmasına baxmayaraq, uzuntəpəlilərdən cəmi 145 abonent 2549 manat məbləğində ödəniş edib.
Qeyd edək ki, “Azəriqaz” QSC bu ilin yanvar ayının 17-dən etibarən cənub bölgəsinin rayonlarına təbii qazın nəqlində məhdudiyyətlər tətbiq edib. Belə ki, yerli qaz istismarı idarələrindən verilən məlumata görə, Cəlilabada sutkada 110 kubmetr əvəzinə 85, Biləsuvara 100 kubmetr əvəzinə 70, Masallıya 210 kubmetr əvəzinə 155, Lənkərana 200 kubmetr əvəzinə 150, Astaraya isə 120 kubmetr əvəzinə 90 kubmetr mavi qaz verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR