Bank Of Baku

«Moqilyovliftmaş» Azərbaycanda lift təsərrüfatının yenidən qurulmasına maraq göstərir

«Moqilyovliftmaş» Azərbaycanda lift təsərrüfatının yenidən qurulmasına maraq göstərir
# 22 yanvar 2009 14:07 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Sumqayıt şəhər İcra Hakimiyyətində Moqilyov şəhərinin (Belarus) nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibində «Moqilyovliftmaş» müəssisəsinin xarici iqtisadi əlaqələr şöbəsinin rəsmi nümayəndəsi İqor Frolov və müəssisənin metalkonstruksiyalar sexinin rəisi Söhrab Nəzərov iştirak edib. Görüşdə Sumqayıt və Moqilyov şəhərləri arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Eləcə də, Sumqayıt şəhərinin lift təsərrüfatının yenidən qurulması, liftlərin təmiri, yaşayış binalarında istismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması sahəsində «Moqilyovliftmaş» müəssisəsi ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR