Bank Of Baku

Gəncədə onkoloji xəstələrin sayı artıb

Gəncədə onkoloji xəstələrin sayı artıb
# 23 yanvar 2009 07:09 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı – APA. Gəncədə 2300 nəfərə yaxın onkoloji xəstə qeydiyyata alınıb. Şəhərdə xərçəng xəstəliyi son illər ərzində artmaqla yanaşı, həm də gəncləşir. Gəncə şəhərinin baş onkoloqu Zikrət Hüseynovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, qadınlarda əsasən ginekoloji, kişilərdə isə tənəffüs yollarının xərçəngi geniş yayılmaqdadır: “Bu xəstəlikdən daha çox kişilər əziyyət çəkir. Kişilər arasında daha çox ağciyərin, qida borusunun və ağız boşluğunun xərçəngidir. Bunun əsas səbəblərindən biri 40 yaşınadək kişilərin təxminən 60 faizinin siqaret çəkməsidir. Qadınlarda isə ginekoloji xərçəng sürətlə artmasına səbəb olan amil uzun müddət nəzarətsiz olaraq hormonal dərmanlardan istifadə olunmasıdır”.
Onun sözlərinə görə, bu rəqəmlərin artmasına səbəb olan amillərdən biri, hələ də insanların həkimlərə gec müraciət etməsidir. Bu isə il ərzində qeydiyyata alınan ümumi xəstələrin 30-35 faizinin dünyasını dəyişməsinə səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR