Bank Of Baku

Azərbaycanda Əqli Mülkiyyət Mərkəzi yaradılacaq

Azərbaycanda Əqli Mülkiyyət Mərkəzi yaradılacaq
# 23 yanvar 2009 08:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Hazırda Azərbaycanda kompüter proqramları sahəsində piratçılığın səviyyəsi 90 faizə qədərdir. APA-nın məlumatına görə, bu barədə Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov bildirib. Onun sözlərinə görə, MDB və Avropa ölkələrində bu faiz qat-qat aşağıdır. K. İmanov deyib ki, Azərbaycanın kitab bazarında satılan kitabların 35-40 faiz piratdır. CD, DVD sahəsində isə bu rəqəm 70-80 faizidir.
Agentlik direktoru deyib ki, ölkədə piratçılığa qarşı mübarizə yeni müstəviyə keçiriləcək, dövlət başçısının tapşırığına əsasən Azərbaycanda Əqli Mülkiyyət Mərkəzi yaradılacaq. Onun sözlərinə görə, müəlliflik hüququnun obyekti olan əsərlər, xüsusi qorunma hüququ ilə qorunan məlumat topluları, fonoqramlar, tərkibində əqli mülkiyyət hüququnun obyektləri olan malların nüsxələrinin hər birinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən, yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulan və hər bir birində xüsusi seriya və marka olan nəzarət markasının, onların identifikasiya kodlarının və holoqramların vurulması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR