Bank Of Baku

Bakıda Avropa Birliyi və Azərbaycanda əqli mülkiyyət hüquqlarının müdafiəsi mövzusunda seminar keçirilir

Bakıda Avropa Birliyi və Azərbaycanda əqli mülkiyyət hüquqlarının müdafiəsi mövzusunda seminar keçirilir
# 23 yanvar 2009 09:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda “Avropa Birliyi və Azərbaycanda əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçılığa qarşı mübarizə: Təcrübə və problemlər” mövzusunda seminar keçirilir. APA-nın məlumatına görə, Avropa Birliyinin Azərbaycana Texniki Yardım üzrə Milli Koordinasiya Bürosunun və Azərbaycan Müəllif Hüquqları Agentliyinin birgə keçirdiyi seminarın əsas məqsədi müəllif hüquqları sahəsində Avropa təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqidir. Seminarda Avropa Qonşuluq Siyasəti çərçivəsində imzalanmış Fəaliyyət Planına uyğun olaraq ölkədə əqli və peşə mülkiyyəti hüquqlarının nizama salınması, bu sahəyə inzibati və institusional dəstəyin göstərilməsi məsələləri də müzakirə ediləcək. Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov bildirib ki, beynəlxalq təşkilatların hesablamalarına əsasən hazırda dünya üzrə pirat məhsullardan gələn gəlir 200 milyard dollardan çoxdur və piratçılıq ümumi ticarətin 7 faizini təşkil edir. Bu isə dünya üzrə illik gəlirin 300 milyard avrosunun itirilməsi deməkdir. Azərbaycanda da vəziyyətin son illər qənaətbəxş olmadığını söyləyən agentlik direktorunun sözlərinə görə, 2007-ci ildən hazırlanmalı olan Əqli Mülkiyyətlə bağlı Dövlət Proqramı bu günə qədər hazırlanmayıb, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsi isə hələ Milli Məclisin müzakirəsinə verilməyib. K. İmanov hazırda həmin qanun layihəsinin Prezidentin İcra Aparatında müzakirədə olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR