Bank Of Baku

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı ötən il 24% artıb

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı ötən il 24% artıb
# 23 yanvar 2009 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-dekabr aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 2007-ci ilin orta aylıq əmək haqqına nisbətən 24,2% artaraq 268 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub.
Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 136,7 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 250,1 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR