Bank Of Baku

Ötən il Azərbaycanda məşğulluq xidməti orqanları işaxtaranların 72%-ni işlə təmin edib

Ötən il Azərbaycanda məşğulluq xidməti orqanları işaxtaranların 72%-ni işlə təmin edib
# 23 yanvar 2009 11:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ötən il məşğulluq xidməti sahəsində mühüm işlərin görüldüyünü nəzərə çatdırıb. Nazir bildirib ki, 2008-ci ildə Azərbaycanın, xüsusilə də Bakının müxtəlif yerlərində 84 terminal quraşdırılıb və bu terminallar vasitəsi ilə işaxtaranlar mövcud vakant yerlər haqqında məlumat əldə edirlər.
ƏƏSMN-in Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli isə qeyd edib ki, 2008-ci ildə məşğulluq xidməti orqanlarına ümumilikdə 43 503 nəfər işaxtaran vətəndaş müraciət edib və onlardan 31 144 nəfər (71,6%) münasib işlə təmin edilib. Bu isə ötən illə müqayisədə 444 nəfər və ya 1,4% çoxdur. Bununla yanaşı, 4 091 nəfərə işsiz statusu verilib, 4 746 nəfərə işsizlik müavinəti ödənilib, 3 393 nəfər peşə hazırlığı kurslarına, 1 907 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub.
A.Bədəlbəylinin sözlərinə görə, ötən il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublikanın 56 şəhər və rayonunda 58 əmək yarmarkası təşkil olunub. Bu yarmarkalarda 3 341, o cümlədən 1 769 özəl idarə və müəssisə tərəfindən 29 419 vakant iş yerləri təqdim edilib. Yarmarkalarda 9 475 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub ki, onların da 3 449 nəfəri qadın, 4 718 nəfəri gənclər, 394 nəfəri qaçqın və məcburi köçkünlərdir. Bundan əlavə, ötən il Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Lənkəran və Abşeron rayonlarındakı ali təhsil ocaqlarının məzun və tələbələri üçün keçirilən yarmarkalarda 433 nəfər məzun və tələbə işlə təmin edilib.
Ötən il əmək birjaları tərəfindən 4 044 nəfər işaxtaran müvəqqəti xarakterli iş yerinə göndəriş alıb. Onların 2 038 nəfəri qadın, 1 894 nəfəri gənclərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR