Bank Of Baku

Ötən il Azərbaycanda doğuş zamanı 40 qadın dünyasını dəyişib

Ötən il Azərbaycanda doğuş zamanı 40 qadın dünyasını dəyişib
# 23 yanvar 2009 11:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. İqtisadi Tədqiqatlar Mərkəzi “Oxfam” təşkilatının maliyyə, Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Koalisiyasının isə təşkilati dəstəyi ilə “Səhiyyəyə dair Minilliyin İnkişaf Məqsədləri kampaniyası” layihəsinin icrasını başa çatdırıb. APA-nın məlumatına görə, layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən İTM İdarə Heyətinin üzvü Dünya Camalova bildirib ki, layihədə əsas məqsəd 2008-ci ildə keçirilən prezident seçkiləri kampaniyasında ana və uşaq ölümü problemini diqqət mərkəzinə gətirmək olub. D. Camalova deyib ki, layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində prezidentliyə namizədlərin, onların vasitəsilə hökumət strukturlarının, eləcə də cəmiyyətin bütün təbəqələrinin diqqəti ana və uşaq sağlamlığının mühafizəsinə cəlb edilib. Belə ki, koalisiya nümayəndələri ilə prezidentliyə namizədlərin görüşü təşkil olunub, namizədlər Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, İqbal Ağazadə və Qulamhüseyn Əlibəylinin seçicilərlə görüşlərində problemin mahiyyəti, əsas səbəbləri və həlli yolları barədə məlumat veriblər.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva isə doğuşa yardım xidmətinin təkmilləşdirilməsi üçün ölkədə 14 zona mərkəzinin yaradıldığını söyləyib. Ötən il Azərbaycanda doğuş zamanı ana ölümünün 40 nəfər, 2007-ci ildə isə 53 nəfər təşkil etdiyini vurğulayan E. Əliyevanın sözlərinə görə, ilkin səhiyyə xidməti bəzi yerlərdə əlçatan deyil və bu problemin həlli məqsədilə nazirlik “ailə həkimi” layihəsini həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR