Bank Of Baku

Mirvari Qəhrəmanlı: “Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi torpaqların sahiblərinə ödənilən kompensasiya bazar qiymətlərindən çox aşağıdır”

Mirvari Qəhrəmanlı: “Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi torpaqların sahiblərinə ödənilən kompensasiya bazar qiymətlərindən çox aşağıdır”
# 23 yanvar 2009 11:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Neftçilərin Hüquqlarının Müdafiə Komitəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı monitorinq aparıb. APA-nın məlumatına görə, komitənin sədri Mirvari Qəhrəmanlı monitorinqin yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, monitorinq zamanı bir sıra problemlər aşkar edilib. Onun sözlərinə görə, kəmərin keçdiyi torpaq sahələrinin mülkiyyətçilərinə kompensasiyanın ödənilməsi nəzərdə tutulsa da, faktiki olaraq 4 min vətəndaşın mülkiyyət hüququ pozulub: “Oğuz rayonu ərazisində bəzi mülkiyyətçilərə hər hektar torpağa görə min manatdan da az kompensasiya ödənilib. Bu da bazar qiymətindən çox aşağıdır”. M. Qəhrəmanlı su kəmərinin çəkilişini həyata keçirən “Azərsu” ASC-nin, həmçinin podratçı təşkilatların məsələlərlə bağlı heç bir suala cavab vermədiyini qeyd edib.

Monitorinqin eksperti Rövşən Ağayev isə 260 km uzunluğunda Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi üçün 730 milyon manat vəsait ayrıldığını, bunun kifayət qədər böyük məbləğ olduğunu söyləyib: “Dünyanın heç yerində bu qədər bahalı su kəməri yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR