Bank Of Baku

Aprelin 13-22-də Azərbaycanda əhalinin siyahıya alınması keçiriləcək

Aprelin 13-22-də Azərbaycanda əhalinin siyahıya alınması keçiriləcək
# 23 yanvar 2009 11:47 (UTC +04:00)
Siyahıyaalmanı keçirəcək Dövlət Statistika Komitəsi (DSK) hazırda bununla bağlı hazırlıq işlərini davam etdirir. «APA-Economics»in məlumatına görə, bunu DSK-nın sədri Arif Vəliyev bildirib.
A.Vəliyevin sözlərinə görə, artıq bu məsələ ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir, lazımi maliyyə vəsait ayrılıb və zəruri texnika alınıb: «Hazırda əhalini siyahıya alacaq 25 min kadrın seçilməsi aparılır ki, sonradan onlar təlim keçəcək. Bu da, təxminən fevral-mart aylarında baş tutacaq. Aprelin 13-də isə əhalinin siyahıya alınması başlanacaq».
Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıya alınması on ildən bir keçirilir. DSK-nın son məlumatlarına əsasən, Azərbaycan əhalisinin sayı ötən il ərzində 1,2% və ya 100 min nəfər artaraq 2009-cu ilin əvvəlinə 8,73 mln. nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR