Bank Of Baku

Füzuli Ələkbərov: “Miqrantların göndərdiyi vəsaitin iqtisadiyyatımıza ciddi təsiri yoxdur”

Füzuli Ələkbərov: “Miqrantların göndərdiyi vəsaitin iqtisadiyyatımıza ciddi təsiri yoxdur”
# 23 yanvar 2009 12:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Rusiyada çalışan miqrantlar arasında ailələrinə ən çox pul göndərənlər azərbaycanlılardır”. APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. Nazir bildirib ki, Rusiya dövlət orqanlarının apardığı araşdırmalara əsasən hər miqrant bu ölkədə orta hesabla 25 ay qalır. Bu müddət ərzində Rusiyada işləyən hər azərbaycanlı öz ailəsinə 5825 dollar göndərir. F. Ələkbərov qeyd edib ki, ümumilikdə miqrantların göndərdiyi vəsaitin Ümumi Daxili Məhsulda çəkisi 1 faizə çatmır: “Moldovada isə bu göstərici 25 faizdir. Düzdür, miqrantlar öz ailələrinə kömək edirlər, amma Azərbaycan iqtisadiyyatı kifayət qədər güclü olduğu üçün miqrantların göndərdiyi vəsaitin iqtisadiyyatımıza ciddi təsiri yoxdur”. F. Ələkbərov hazırda Rusiyada 69 min azərbaycanlı miqrantın qeydə alındığını söyləyib.

Azərbaycan vətəndaşlarının iş dalınca xarici ölkələrə getməsinin qarşısının alınması fikrinə münasibət bildirən nazir ölkənin kifayət qədər əmək ehtiyatı olduğunu vurğulayıb: “Azərbaycanlı miqrantların iş üçün digər ölkələrə getməsinin heç bir ziyanı yoxdur. Azərbaycanda hər qadın statistik olaraq dünyaya 3,2 uşaq gətirirsə, Rusiyada bu statistika 1,2-dir. Əhalinin sayını normal həddə saxlamaq üçün hər ölkədə bu göstərici azı 2,2 olmalıdır. Azərbaycanlıların Rusiyada lobbi hərəkatı yaratması və bu ölkənin iqtisadiyyatına öz təsirini gücləndirməsinin nə ziyanı ola bilər? Mən istərdim ki, başqa ölkələrdə də, Avropada da azərbaycanlıların sayı çox olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR