Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqə başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqə başa çatıb
# 23 yanvar 2009 13:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqə başa çatıb. Bu barədə APA-ya Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib. Test imtahanı mərhələsini uğurla keçən namizədlər üçün müsabiqənin müsahibə mərhələsi 2008-ci ilin noyabrın 17-də başlayıb, bu ilin yanvarın 23-də başa çatıb. 33 dövlət orqanı üzrə 526 namizəddən 180-i bu mərhələni uğurla başa vurub.
Qeyd edək ki, Komissiya ötən ilin sentyabrın 11-də 33 dövlət orqanında 601 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Müsabiqənin noyabrın 9-da keçirilən test imtahanı mərhələsində isə 526 namizəd uğur qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR