Bank Of Baku

Azərbaycana əmək miqrantlarının gəlişini məhdudlaşdırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcək

Azərbaycana əmək miqrantlarının gəlişini məhdudlaşdırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcək
# 23 yanvar 2009 13:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda çalışan əmək miqrantları üçün iş icazəsinin verilməsinə görə dövlət rüsumunun məbləğinin 45 manatdan 1000 manatadək artırılmasını təklif edib. APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. Təklifin yaxın vaxtlarda qəbul ediləcəyinə inanan nazir rüsumun məbləğinin artırılması zərurətini belə izah edib: “Təəssüf olsun ki, iş adamları bura sürücü də gətirirlər. Məgər bizim vətəndaşlar sürücülük sənədinə yiyələnə bilmirlər? Eyni vəziyyət kargüzarlara, mühəndislərə də aiddir. Onların bəzilərinə 10-12 min manat maaş verilir. Ona görə də biz bu vəziyyəti tənzimləyəcəyik. Amma əmək bazarımızın keyfiyyətini yüksəltmək üçün xaricidən bacarıqlı mütəxəssis gələrsə, biz bunu alqışlayarıq”. F. Ələkbərov bildirib ki, bu sahədəki nöqsanları aradan qaldırmaq üçün xarici ölkələrdən Azərbaycana əmək miqrantlarının gəlişinə qadağa qoymaq düzgün deyil. O hesab edir ki, qanunvericiliyə dəyişiklik etməklə problemin həllinə nail olmaq mümkünüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR