Bank Of Baku

Ötən il istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 72 nəfər dünyasını dəyişib

Ötən il istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 72 nəfər dünyasını dəyişib
# 23 yanvar 2009 13:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. 2008-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində ölüm hallarının sayı 2007-ci ilə nisbətən iki dəfə azalıb. APA-nın məlumatına görə, Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü bildirib ki, 2007-ci ildə istehsalatda 128 ölüm halı baş verdiyi halda, ötən il bu rəqəm 72 olub: “Maarifləndirici tədbirlər nəticəsində ölüm halları azalsa da, ötən ilin göstəricisini yenə də qənaətbəxş saymaq olmaz”.

N. Şükürlü əmək müqavilələrinin bağlanması sahəsində irəliləyişlər əldə edildiyini söyləyib. Belə ki, 2007-ci ildə işəgötürən və işçilərin arasında bağlanmış əmək müqavilələrinin sayı 10 mindən çox olduğu halda, ötən il bu rəqəm 27750-yə yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR