Bank Of Baku

“Azərenerji”-nin Şirvanda apardığı kabelləşmə narazılıq yaradıb

“Azərenerji”-nin Şirvanda apardığı kabelləşmə narazılıq yaradıb
# 23 yanvar 2009 15:19 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan sakinləri “Azərenerji” Qapalı Səhmdar Cəmiyyətinin “Azenko” tikinti şirkətinin şəhərdə apardığı yeni kabelləşmədən şikayətçidirlər. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, şəhərdə aparılan kabelləşmə bəzi yerlərdə başdansovdu və keyfiyyətsiz aparılır. Qeyd edək ki, son bir ayda Şirvan şəhərində smart- kartla işləyən sayğaclar quraşdırılıb. Eyni zamanda məhəllələrdə müasir texnoloji standartlara cavab verən SİP kabellər çəkilməklə, köhnə dirəklər yeni beton dirəklərlə əvəz edilir. Müşahidələr zamanı məlum olub ki, bahalı kabellər binaların bloklarında taxta çərçivələrə bərkidilir, zövqsüz quraşdırılır, beton dirəklər əyri basdırılır, dibləri isə betonlanmır. Bu da küləkli havalarda kabellərin dayanıqlığını təmin etmir. Bu prosesə rəhbərlik edən Şirvan Regional Elektrik Təsərrüfatının baş mühəndisi Nüsrət Əmkişiyev APA-nın əməkdaşının bununla əlaqədar suallarını cavablandırmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR