Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qərb rayonlarında ətraf mühitə dəyən ziyanla bağlı 90 hal aşkarlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qərb rayonlarında ətraf mühitə dəyən ziyanla bağlı 90 hal aşkarlayıb
# 23 yanvar 2009 15:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə - Qazax, Şəmkir, Gədəbəy, Tovuz və Ağstafada ötən il keçirdiyi yoxlamalar zamanı 77 akt və 13 protokol tərtib edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, su mühafizəsi ilə bağlı müəssisə və təşkilatlara 5085 manat məbləğində məcburi ödəmə hesablanıb və bu məbləğin 3067 manatı ödənilib. Atmosfer havasının mühafizəsi sahəsində 3 nəfər 825 manat məbləğində cərimələnib, 3 iş tədbir görülməsi üçün məhkəməyə göndərilib. Müəssisə və təşkilatlara 10156 manat məbləğində məcburi ödəmə hesablanıb və ondan 6175 manatın ödənilməsi təmin edilib. Yerin təkinin mühafizəsi ilə bağlı 1617 manatlıq iddia qaldırılıb, 82 müəssisəyə qarşı 18948 manat məbləğində ödəmə hesablanıb, 61 müəssisə tərəfindən 13380 manat ödənilib, 1 iş tədbir görülməsi üçün məhkəməyə göndərilib. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 100 müəssisəyə qarşı 4412 manat ödəmə tətbiq edilib, 63 müəssisə tərəfindən 3038 manat ödənilib. Floranın mühafizəsi sahəsində 10 nəfər 6541,5 manat məbləğində cərimələnib, 32 nəfərə qarşı 4579,85 manat məbləğində iddia qaldırılıb, 6 nəfər tərəfindən 3718 manat məbləğində cərimə, 18 nəfər tərəfindən isə 1282,09 manat məbləğində iddia ödənilib. Faunanın mühafizəsi sahəsində 4 nəfər 2074,5 manat məbləğində cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR