Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri əhalini qaz sobalarından və qızdırıcılardan istifadə qaydalarına düzgün riayət etməyə çağırıb

Azərbaycanın fövqəladə hallar naziri əhalini qaz sobalarından və qızdırıcılardan istifadə qaydalarına düzgün riayət etməyə çağırıb
# 23 yanvar 2009 15:50 (UTC +04:00)
Təəssüf ki, bəzi insanlar qaz sobalarını otağın ortasında yerləşdirir, yanma zamanı ayrılan qazın isə bayıra çıxmasını təmin etmirlər. Xaricdən alınan cihazların təlimatında da qazın çıxması üçün yer göstərilib, lakin buna əməl olunmur. Belə hallarda isə dəm qazından boğulmalar və partlayışlar baş verir”. APA-nın məlumatına görə, bu sözləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov son vaxtlar qaz sızmasından partlayışların baş verməsi və dəm qazından zəhərlənmə hallarının artmasına münasibət bildirərkən deyib. Qızdırıcılardan texniki göstəricilərinə və pasportuna uyğun istifadə edilməsi məqsədilə əhalinin maarifləndirilməsi işinə diqqət yetirdiklərini qeyd edən nazir vətəndaşları öz sağlamlıqları və təhlükəsizlikləri üçün təlimatlardan düzgün istifadə etməyə çağırıb.

Bu yaxınlarda baş nazirin müavini Abid Şərifovun yanında “Azəriqaz”, yerli icra hakimiyyəti orqanları və FHN nümayəndələrinin iştirakı ilə iclas keçirildiyini xatırladan K. Heydərov bu işdə hər bir strukturun öz vəzifə səlahiyyətləri olduğunu söyləyib: “Lakin əsas məsuliyyət yenə də vətəndaşların üzərinə düşür. Çünki heç bir sahə müvəkkili, FHN və ya “Azəriqaz” əməkdaşı o cihazların dükanlardan alınıb, evlərdə quraşdırılması prosesində iştirak etmir. Sadəcə, sobaların quraşdırılması zamanı təlimatlara düzgün əməl olunmalıdır. Araşdırmalar zamanı aydın olur ki, bədbəxt hadisələr ancaq və ancaq evlərdə və hamam otaqlarında quraşdırılmış qaz sobalarından düzgün istifadə olunmaması səbəbindən baş verib. Əhali öz təhlükəsizliyi üçün hər gün qazın açıq qalıb-qalmadığını yoxlamalıdır. Bəzi yerlərdə deyirlər ki, qaz verilir, kəsilir, sonra yenə verilir. Ola bilər. Qış aylarında bu, təkcə Azərbaycanda deyil, dünyanın hər yerində baş verən texniki məsələdir. Əgər qazın verilməsi sonradan bərpa olunubsa, evdəki insanlar qaz piltələrinin açıq qalıb-qalmadığını yoxlamalıdırlar. Biz də öz növbəmizdə bu işlərə ümumi nəzarət edirik. Mənə elə gəlir ki, insanlarımız televiziya və qəzetlərdə verilən elanlara düzgün reaksiya verəcək, qaz sobalarından düzgün istifadə olunması qaydalarına əməl edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR