Bank Of Baku

Naxçıvana xüsusi təyinatlı yeni texnika və avtomobillər verilib

Naxçıvana xüsusi təyinatlı  yeni texnika və avtomobillər verilib
# 24 yanvar 2009 07:28 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasına (MR) xüsusi təyinatlı yeni texnika və avtomobillər gətirilib. APA-nın yerli bürosunun məlumatına görə, Daxili Qoşunların Naxçıvan Alayında texnika və xidməti avtomobillərinin təqdimetmə mərasimi keçirilib. Alaya təqdim olunan «AMUR» markalı avtomobil şəxsi heyətin daşınması üçün nəzərdə tutulub. 2 ədəd «ŞTORM-3-SOFA» markalı zirehli maşınlar isə xüsusi əməliyyatlar, silahlı cinayətkarların axtarışı və tutulması üçün təyin edilib. Heyəti 5 nəfərdən—komandir, sürücü-mexanik və 3 atıcıdan ibarət olan zirehli texnikalar ballistik ekspertizadan keçirilib, şüşə və zirehin etibarlılığı təmin edilib.
İctimai asayişin yüksək səviyyədə təşkili üçün muxtar respublikaya gətirilən 11 ədəd «CHERY» markalı minik avtomobilləri isə polis sahə müvəkkillərinə verilib. Onların əhatə etdiyi ərazilərə daha yaxşı nəzarət məqsədilə nəqliyyat vasitələrindən Naxçıvan şəhəri, Şərur, Babək, Culfa rayonlarının hər birinə 2, Ordubad, Kəngərli və Şahbuz rayonlarına 1 avtomobil təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR