Bank Of Baku

Gəncədə 156 ailə işıqsız qalıb

Gəncədə 156 ailə işıqsız qalıb
# 24 yanvar 2009 07:36 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı – APA. Gəncə Dəmir Yol Stansiyasının bağ sahəsində yaşayan 150 ailə artıq 5 aydır ki, işıqsız qalıb. Ərazidə yaşayan sakinlərin APA-nın qərb bürosuna verdiyi məlumata görə, 8 ildir fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunsalar, abunə haqqını vaxtlı-vaxtında ödəsələr də, 5 aydır ki, Dəmir Yol Stansiyanın rəhbərliyi məlum olmayan səbəbdən əraziyə elektrik enerjisi verilməsini dayandırıb.
Gəncə Dəmir Yol İdarəsinin Qərb İstiqaməti üzrə rəis müavini Vaqif Məmmədov APA-nın yerli bürosuna bildirib ki, stansiyanın bağ sahəsində məskunlaşan ailələr oranı qanunsuz olaraq zəbt edib. Buna görə də Gəncə Dəmir Yol Stansiyasının Enerji Təchizat İdarəsi 5 aydır ki, həmin əraziyə verilən elektrik enerjisini kəsib: “Orda yaşayan vətəndaşlar Gəncənin müvafiq qurumlarına müraciət etməlidirlər”.
Gəncə Regional Enerji Təchizat MMC-nin direktoru Eldar Eldarov isə APA-nın əməkdaşına bildirib ki, hazırda həmin əraziyə elektrik enerjisi vermək mümkün deyil: “Yalnız Dəmir Yolu ərazisində şəbəkə yaradıldıqdan sonra bu, mümkün ola bilər. Bu şəbəkəni də Dəmir Yol Stansiyası yaratmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR