Bank Of Baku

Naxçıvan Dövlət Universiteti «Minilliyin universiteti» Beynəlxalq mükafatına layiq görülüb

Naxçıvan Dövlət Universiteti «Minilliyin universiteti» Beynəlxalq mükafatına layiq görülüb
# 24 yanvar 2009 07:54 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Sənayeçilər və Sahibkarların, Biznes, Elm və Mədəniyyət liderlərinin Beynəlxalq Konqresi elmin, təhsilin və yeni texnologiyalarının tətbiqinin inkişaf etdirilməsi sahəsindəki mühüm nəticələrini nəzərə alaraq Naxçıvan Dövlət Universitetini (NDU) «Minilliyin universiteti» Beynəlxalq mükafatına layiq görüb. NDU-nun mətbuat xidmətindən APA-nın yerli bürosuna verilən məlumata görə, ali təhsil ocağı ən müasir texnologiyalardan səmərəli və professional səviyyədə istifadə olunması, qeyri-mütərəqqi layihələrin hazırlanması və tətbiq olunması sahəsində əldə etdiyi nailiyyətlərə görə mükafata layiq görülüb.
Qeyd edək ki, Beynəlxalq Konqresin İmic Tədqiqatları Mərkəzinin L. İ. Sovolev bununla bağlı universitet rəhbərliyinə məktub göndərib.
«Minilliyin universiteti» Beynəlxalq mükafatının təntənəli təqdim olunma mərasimi fevral ayının 20-də Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR