Bank Of Baku

Qazaxıstanda Gəncə Özəl Türk Liseyinin 2 şagirdi bürünc medal qazanıb

Qazaxıstanda  Gəncə Özəl Türk Liseyinin 2 şagirdi  bürünc medal qazanıb
# 24 yanvar 2009 14:55 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Azərbaycanlı şagirdlər Qazaxıstanda keçirilən beynəlxalq olimpiadada 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Qazaxstanın Almatı şəhərində kecirilən yarışda Bakının və Gəncənin Azərbaycan türk liseylərinin 11 nəfərdən ibarət iki komandası iştirak edib. Gəncə Özəl Türk Liseyinin müdiri Serhat Aktaş APA-nın Qərb bürosuna verdiyi məlumata görə , Qazaxıstanda fizika, riyaziyyat, informatika üzrə beşinci beynəlxalq olimpiadaya 16 ölkədən 42 komanda və 400 iştirakçı qatılıb. Gərgin keçən yarışlarda Gəncə Özəl Türk Liseyinin şagirdləri Elvin Əliyev və Emil Cəfərov riyaziyyat yarışmasında bürünc medallara layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR