Bank Of Baku

Azərbaycanda rəsmi işsiz statusuna malik olanların sayı 44,5 min nəfərə çatıb

Azərbaycanda rəsmi işsiz statusuna malik olanların sayı 44,5 min nəfərə çatıb
# 26 yanvar 2009 06:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda iqtisadi fəal əhalinin sayı 2009-cu ilin yanvar ayının 1-i vəziyyətinə 4,318 mln. nəfər olub ki, onlardan 4,056 mln. nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin yanvar-noyabr aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 405,3 min nəfər, orta siyahı sayı isə 1 365,9 min nəfər təşkil edib. Onların 871,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 494,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,4%-i istehsal sahələrində - 13,2%-i sənayedə, 5,4%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 24,7-i təhsil, 19,6%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 9,9%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,1%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 3,8%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,5%-i isə digər sahələrdə cəmlənib.
Ötən ilin yanvar-noyabr aylarında müəssisə və təşkilatlarda 5 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,5 min nəfəri sənayedə, 1,3 min nəfəri tikintidə, min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,5 min nəfəri topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0,3 min nəfəri təhsil sahəsində və 0,4 min nəfəri sair sahələrdə işləyib.
Məşğulluq mərkəzlərinin məlumatına görə, 2009-cu il yanvar ayının 1-i vəziyyətinə ölkə üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 44 481 nəfər olub ki, onların da 46,9%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR