Bank Of Baku

Azərbaycanda 19 xüsusi məktəb və siniflərdə sağlamlıq imkanları məhdud olan 6 448 şagird təhsil alır

Azərbaycanda 19 xüsusi məktəb və siniflərdə sağlamlıq imkanları məhdud olan 6 448 şagird təhsil alır
# 26 yanvar 2009 06:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda təhsil sektorunun inkişafına dair 14 dövlət proqramı həyata keçirilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təhsil sistemində aparılan islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi artır və bu gün 15 və yuxarı yaşda olan əhalinin hər 1 000 nəfərindən 766-sı ali və tam orta təhsilə malikdir. Statistik müayinələrin məlumatlarına əsasən, 2008-ci ildə 15 və yuxarı yaşda olan əhalinin savadlılıq səviyyəsi 99,5%-ə çatıb.
Cari ilin əvvəlinə ölkədə fəaliyyət göstərən 1 653 dövlət və 5 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 104 min uşaq və ya müvafiq yaşda olan uşaqların 16,3%-i tərbiyə alır. Məktəbəqədər təhsil müəssisələrinin 96%-i Təhsil Nazirliyinin sisteminə daxildir və onların 22%-i Bakıda yerləşir.
Cari tədris ilinin əvvəlinə ölkənin 4 514 dövlət və 17 qeyri-dövlət gündüz ümumtəhsil məktəbində 1,4 mln. şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6 448 uşağın təhsil aldığı 19 xüsusi məktəb və ya ümumtəhsil məktəblərində xüsusi siniflər fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR