Bank Of Baku

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb
# 26 yanvar 2009 08:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2008-2009-cu tədris ili üçün MBA və TEMPUS beynəlxalq proqramları üzrə respublika ali məktəblərinin magistratura pilləsinə keçirdiyi qəbul imtahanın nəticələrini açıqlayıb. Komissiyadan APA-ya verilən məlumata görə, magistraturaya daxil olmaq üçün qeydiyyatdan keçmiş 912 bakalavrdan 842 nəfəri imtahanda iştirak edib, 70 nəfər imtahana gəlməyib. Nəticələrə əsasən, MBA proqramı üzrə 159 nəfər, TEMPUS proqramı üzrə 18 nəfər magistraturaya qəbul edilib. İmtahanda toplanılan ən yüksək bal 90 olub.

MBA və TEMPUS proqramları üzrə magistraturaya qəbul olanlar bu gündən fevralın 4-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq ali məktəbə göndərilməyəcək.

Magistraturaya qəbulun nəticəsi ilə bağlı müraciətlərə apelyasiya komissiyası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında bu gündən yanvarın 28-dək baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR