Bank Of Baku

Sabah Azərbaycan ərazisində havanın temperaturu kəskin düşəcək

Sabah Azərbaycan ərazisində havanın temperaturu kəskin düşəcək
# 26 yanvar 2009 09:19 (UTC +04:00)
İlin əvvəli ilə müqayisə etdikdə hazırda qeydə alınan temperaturlar yüksək sayıla bilər. Son günlər ərzində havanın mülayim keçməsinə baxmayaraq, temperaturlar norma daxilində tərəddüd edir. Ona görə də yanvar ayı ərzində müşahidə edilən havanı anomal saymaq olmaz”. Bu sözləri APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu gün temperatur normadan 2 dərəcəyədək yüksək olsa da, bu, ciddi dəyişiklik hesab edilmir. Amma U. Tağıyeva hesab edir ki, yanvarın bir çox günlərində havanın temperaturu normadan aşağı olduğu üçün ay ərzində temperatur normadan aşağı kimi qiymətləndiriləcək.

Direktor müavini bildirib ki, sabah şimal küləyi bir qədər güclənəcək və bununla əlaqədar temperatur 6-4 dərəcə enərək, 6-9 dərəcə isti olacaq. Yanvarın 28-dən isə hava yenidən mülayimləşəcək. Belə hava şəraiti yanvarın 30-dək davam edəcək. Həmin müddətdə cənub küləyi üstünlük təşkil edəcək, Bakıda havanın temperaturu 10-11 dərəcə isti olacaq.

Əksər rayonlarda isə gündüz saatlarında hava yağmursuz olacaq, amma gecə və axşam saatlarında ayrı-ayrı yerlərdə çiskinli az yağıntının olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR